Avropa İnsan H akları Konvensiyası 1.1. Avropa İnsan Hakları Konvensiyasının Qəbulu və Xarakteristikası İnsan hak və azadlıqlarını qısaca xarakterizə etməzdən əvvəl, hak və hüquq anlayışlarını fərqləndirmək lazımdır. Belə ki, bir çox ölkələrdə hak və hüquq anlayışları fərqləndirilsə də Azərbaycan Respublikasının qanunvericlik aktlarında hak və hüquq anlayışları eyniləşdirilmiş, onların arasında fərq qoyulmadan ümumlikdə “Hüquq” anlayışından istifadə edilmişdir. Belə ki, 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasının insan hak və azadlıqlarına həsr olunmuş ikinci bölməsində insan hak və azadlıqları “Əsas İnsan və Vətəndaş Hüquq və Azadlıqları” anlayışı içərisində istifadə edilmiş, bununla bərabər insan hakları anlayışı “əsas” anlayışından istifadə edilməklə göstərilmişdir. Halbuki insan hak və azadlıqlarını əsas və ya ikinci dərəcəli hak və azadlıq olaraq göstərmək insan hak və azadlıqları arasında fərq q...
İnsan hakları (Human Rights)