Ana içeriğe atla

Avropa İnsan Hüquqları Konvensiyası

Avropa İnsan Hakları Konvensiyası

1.1.         Avropa İnsan Hakları Konvensiyasının Qəbulu və Xarakteristikası
İnsan hak və azadlıqlarını qısaca xarakterizə etməzdən əvvəl, hak və hüquq anlayışlarını fərqləndirmək lazımdır. Belə ki, bir çox ölkələrdə hak və hüquq anlayışları fərqləndirilsə də Azərbaycan Respublikasının qanunvericlik aktlarında hak və hüquq anlayışları eyniləşdirilmiş, onların arasında fərq qoyulmadan ümumlikdə “Hüquq” anlayışından istifadə edilmişdir. Belə ki, 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasının insan hak və azadlıqlarına həsr olunmuş ikinci bölməsində insan hak və azadlıqları “Əsas İnsan və Vətəndaş Hüquq və Azadlıqları” anlayışı içərisində istifadə edilmiş, bununla bərabər insan hakları anlayışı “əsas” anlayışından istifadə edilməklə göstərilmişdir. Halbuki insan hak və azadlıqlarını əsas və ya ikinci dərəcəli hak və azadlıq olaraq göstərmək insan hak və azadlıqları arasında fərq qoyulmasını, hak və azadlıqların birinin digərindən daha əhəmiyyətli olmasını ifadə edir ki, bu özlüyündə doğru yanaşma deyildir.
Ümumilikdə hak və hüquq anlayışları tamamilə fərqlidir. Əgər hak tək mənanı ifadə edirsə, hüquq çoxluq mənasını ifadə edir. Hak fərdə tanınan bir səlahiyyət olarkən, hüquq fərdə tanınmış o səlahiyyətin həyata keçirilməsini tənzimləyən normadır. Hüquq dövlət tərəfindən yaradılarkən, hak fərdin doğulduğu andan bu hakka sahib olmasını ehtiva edir.
İnsan hak və azadlıqlarının qorunması istiqamətində atılmış və qəbul edilmiş ən mühüm hüquqi sənədlərdən başlıcası Avropa İnsan Hakları Konvensiyasıdır. Konevnsiyadan başqa bir sıra digər hüquqi sənədləri də göstərmək mümkündür. Bunlardan 1215-ci il tarixli Magna Cartanı, 1776-cı il tarixli Amerika İstiqlaliyyət Bəyannməsi, 1948-ci il Beynəlxalaq İnsan Hakları Bəyənnaməsini və.s Bəyannamələri göstərmək mümkündür. Amma bu səndlərin ən mühümü Avropa İnsan Hakları Konvensiyasıdır. Belə ki, buna qədər ki hüquqi sənədlərdə insan hakları ancaq dövlətdaxili olmuş və ya tərəf üçün tövsiyyə xarakterli olmuşdur, Lakin Avropa İnsan Hakları Konevensiyasının qəbul edilməsi ilə İnsan Hakları beynəlxalq müstəvidə əhəmiyyət qazanmış və onun qorunması təkcə dövlətin öz daxili işi deyil, ümumilikdə İnsan Haklarının beynəlxalq səviyyədə dövlətlər tərəfindən qorunması ilə səciyyələnmişdir.
         Avropa İnsan Hakları Konvensiyası (başqa adıyla İnsan Hakları və Əsas Azadlıqların qorunmasına dair Konvensiya) 4 noyabr 1950-ci il tarixində imzalanmışdır. Konvensiyanın qüvvəyə minməsi isə ancaq 3 sentyabr 1953-cü il tarixində olmuşdur.
Konvensiyanın qəbul edilməsi ilə
1.   İnsanların hak və azadlıqlarının siyahısı müəyyən edilmiş,
2.   Bu hak və azadlıqlar beynəlxalq səviyyədə qorunmaya başlanmış,
3.   Qorunan hak və azadlıqların qorunmasında və təmin edilməsində dövlətin vəzifələri müəyyən edilmiş,
4.   Həmin vəzifələr yerinə yetirilmədiyi təqdirdə isə dövlətlərə tətbiq ediləcək cəzaları müəyyən edən bir məhkəmə Avropa İnsan Hakları Məhkəməsi qurulmuşdur.
Bildiririk ki, Konvensiya 59 maddə və Konvensiyaya əlavə protokollardan ibarətdir. Protokollar Konvensiyaya sonraki dövrlərdə əlavə edilən və onun ayrılması hissəsini təşkil edir. Həmin konvensiyalardan ən mühümünü Protokol 1 və ölüm cəzasının qaldırılmasına istiqamətlənmiş 13 Saylı Protokolu göstərə bilərik.
1.2.         Kovensiyanın Tərəf dövlətlər üçün qüvvəyə minməsi
Məlumat üçün bildiririk ki, Konvensiyanın maddələri və ona əlavə protokollar dövlətlər üçün o zaman məcburi qüvvəyə malik olur ki,
1.     Dövlətlər həmin Konvensiyanı və ona əlavə protokolları imzalasın,
2.     Tərəf dövlətlər Konvensiya və ona əlavə protokolları imzaladıqdan sonra təsdiqləmə (ratfikasiya) həyata keçirisinlər.
Avropa İnsan Hakları Konvensiyası 47 dövlət tərəfindən təsdiqlənmişdir. Bu dövlətlərdən biri də Azərbaycan Respublikasıdır. Azərbaycan Respublikası tərəfindən Konvensiya 25 dekabr 2001-ci il tarixində qəbul edilmiş "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmişdir.
Konvensiyanın 59-cü maddəsində də Konvensiyanın imzalanması və ratfikasiyası ilə bağlı müddəalar nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən Konvensiya Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. Açıqlıq onun ifadə edir ki, Avropa Şurasının üzvü olan dövlətlərin mütləq şəkildə bu Konvensiyanı təsdiq etmələri kimi məcburiyyət nəzərdə tutulmur.
Maddənin davamından onun imzalanması ilə bərabər ratifikasiya olunması nəzərdə tutulmuşdur. Ratfkasiya bir çox hallarda dövlətlərin parlamenti tərəfindən qanun şəkilində qəbul edilməklə həyata keçirilir və qanun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə mininir və ratfikasiya edilmiş hesab edilir.
Tərəf dövlətlər Konvensiyanı imzalayıb ratfikasiya etdikdən sonra həmin təsdiqnamələr Avropa Şurasının Baş Katibinə verilir. Təsdiqnamələr Avropa Şurasının Baş Katibinə verildikdən sonra qüvvəyə həmin dövlət üçün qanuni qüvvəyə minir.
Konvensiya 1950-ci il tarixdə noyabr ayının 4-də Romada fransız və ingilis dilində olmaqla iki nüsxədə tərtib edilmişdir. Nüsxələr sadecə dil fərqinə görə bir-birindən seçilir. Konvensiyanın nüsxələri Avropa Şurasının arxivində saxlanılır. Konvensiyaya tərəf dövlətlərə Konvensiyanın təsdiq olunmuş surətləri göndərilmişdir və gələcəkdə başqa dövlətlər tərəfindən imzalanib təsdiqlənərsə bu zaman həmin dövlətlərə də Konvensiyanın təsdiq edilmiş surəti göndəriləcəkdir.
Konvensiyaya tərəf olan və onu ratfikasiya edən dövlətləri qısaca Tərəf dövlətlər olaraq göstərə bilərik.
Eyni zamanda qeyd etmək zəruridir ki, əgər Tərəf dövlətlər Konvensiyanı imzalayar və təsdiq edərsə bu zaman həmin Konvensiyada və Konvensiyaya əlavə protokollarda nəzərdə tutulmuş hak və azadlıqlar həm öz vətəndaşları üçün həm də Konvensiyanın tərəfi olan dövlətlərin vətəndaşları üçün təmin etməlidir. Konvensiyanın 1-ci maddəsində bu barədə açıqca məlumat verilmişdir. Belə ki, həmin maddəyə əsasən razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Belə bir müddəanın nəzərdə tutulmasının əsas səbəbi Konvensiyaya tərəf dövlətlərin öz vətəndaşları üçün habelə Konevnsiyaya tərəf digər dövlətlərin vətəndaşları üçün onların sahib olduğu hak və azadlıqları qorumaqda, onların digər şəxslərin, habelə dövlətin özünün müdaxiləsindən qorumaya istiqamətlənmişdir. Qorumanın hansı şəkildə həyata keçirilməsi dövlətlərin öz öhədliklərinə buraxılmış, Konvensiyada açıqca qoruma üsulu bildirilməmişdir. Lakin Tərəf dövlətlər bu qoruma üsullarını müəyyən edərkən Konvensiayaya uyğun həyata keçirilməlidir.
Konvensiya mətn etibarilə dəyişməz statusa malki bir hüquqi sənəd deyil. Belə ki, Konvensiya əsasında qurulmuş Avropa İnsan Hakları Məhkəməsi tərəfindən qəbul edilən qərarlar əsasında Konvensiyada nəzərdə tutulmayan yeni haklar ortaya çıxır  və bu haklar Konvensiyaya əlavə protokollar ilə təmin edilir. (Məsələn Konvensiyaya əlavə 1 protokolu (mülkiyyət hakkı).
1.3.         Qeyd-şərtlər
Konvensiyanın 57-ci maddəsində Qeyd-şərtlər bölməsi nəzərdə tutulmuşdur. Həmin qeyd-şərtlər bölməsində qeyd edilir ki, İstənilən dövlət bu Konvensiyanı imzalayarkən və ya təsdiqnaməni saxlanmağa verərkən Konvensiyanın hər hansı konkret müddəası ilə bağlı, o dövrdə, onun ərazisində qüvvədə olan bu və ya digər qanunun həmin müddəaya uyğun olmaması ilə əlaqədar qeyd-şərt verə bilər. Bu maddəyə müvafiq olaraq, ümumi xarakterli qeyd-şərtlərə yol verilmir. Bu maddəyə uyğun olaraq edilmiş istənilən qeyd-şərtdə müvafiq qanunun qısa şərhi verilməlidir.
Belə qeyd-şərtlərdən biri də, Azərbaycan Respublikası tərəfindən Konvensiya imzalanın ratfikasiya edilərkən qoyulan İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə dair Azərbaycan Respublikasının qeyd-şərtidir. Həmin şərtə əsasən  Konvensiyanın 57-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə dair belə bir qeyd-şərt irəli sürür ki, həmin bəndin müddəaları "Kütləvi informasiya vasitələri haqqında" 1999-cu il 7 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun təfsir və tətbiq olunacaqdır qeyd-şərtidir.
Digər bir qeyd-şərt "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 4 saylı Protokoluna dair Azərbaycan Respublikasının bəyanatıdır. Həmin Bəyanata əsasən Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.
Ümumilikdə Konvensiya Azərbaycan Respublikası tərəfindən imzalanib ratfikasiya olunarkən 6 qeyd-şərt qoyulmuşdur ki, bu qeyd şərtlərlə Azərbaycan Respublikası tərəfindən Konvensiya 25 dekabr 2001-ci il tarixində qəbul edilmiş "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanuna əlavələrdə tanış olmaq olar.
1.4.         Denonsasiya (Müqavilədən geri çəkilmə)
Konvensiyanın 58-ci maddəsində Denonsasiya (Müqavilədən geri çəkilməsi) ilə bağlı müddəa nəzərdə tutulmuşdur. Həmin Maddəyə əsasən Razılığa gələn Yüksək Tərəf, yalnız bu Konvensiyanın tərəfi olduğu tarixdən beş il keçdikdən sonra və bu barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərdikdən altı ay sonra bu Konvensiyanı denonsasiya edə bilər. Maddənin mahiyyəti ondan ibarətdir ki, məsələn X dövlət Konvensiyanı 10.05.2005-ci il tarixdə imzalayıb təsdiqlədi. Həmin dövlət ancaq 10.05.2010-cu il tarixindən etibarən həmin müqaviləyə tərəf olmaqdan imtina edə bilər. Ondan əvvəlki dövrlər üçün bu mümkün deyil. Mütləq şəkildə 5 il müddət gözlənilməlidir. Bundan əlavə Tərəf dövlət müqavilənin denonsasiya etidkdən sonra Avropa Şurasının Baş Katibinə bu barədə bildiriş göndərməlidir. Bildiriş göndərildikdən sonra 6 ay müddətin keçməsi zəruridir ki, tərəf dövlət Konvensiyanı denonsasiya etsin.
Dövlətin Avropa Şurasının Baş Katibinə denonsasiya göndəriməsi onun Konvensiyaya tərəf olarkən üzərinə götürmüş olduğu öhdəliklərdən azad etmir. Denonsasiya qüvvəyə mindikdən sonra öhdəliklər qüvvədən düşmüş hesab ediləcək.
Əgər Avropa Şurasının tərəfi olan dövlətlərdən biri gələcəkdə Avropa Şurasının üzvlüyündən çıxarsa o zaman həmin dövlət baxımından da denonsasiya ilə bağlı şərtlər tətbiq edilir.
1.5.         Mübahisələrin həlli
Konvensiyanın 55-ci maddəsində də Tərəf dövlətlərin onlar arasında yarancaq müabahisələrin Konvensiyada nəzərdə tutulan tənzimləmə vasitələri xaric digər tənizmləmə vasitələrindən imtina etmələri barədə məsələ öz əksini tapmışdır. Həmin maddəyə əsasən Razılığa gələn Yüksək Tərəflər, bu barədə xüsusi saziş imzalanması halları istisna olmaqla, bu Konvensiyanın müddəalarının şərhi və ya tətbiqi ilə bağlı mübahisələri petisiya yolu ilə baxılmağa verərkən, onlar arasında qüvvədə olan müqavilələrə, konvensiyalara və ya bəyannamələrə müraciət etməyəcəklərinə və mübahisələrin tənzimlənməsinin bu Konvensiyada nəzərdə tutulan vasitələrindən başqa, digər vasitələrdən istifadə etməməyə razılıq verirlər.







                                             

Yorumlar

Bu blogdaki popüler yayınlar

1858 Osmanlı Ceza Kanunnamesi (1858 Ottoman Penal Code)

               1.858 Ceza Kanunnamesi.                      1.1.Kabulünü gerektiren şartlar.               1839’dan 1876’ya kadar Osmanlı yönetimi tarafından eşitlik vaatlerini hayata geçirebilmek amacıyla birçok girişim – bazıları istekli, bazıları yarım ağızla, bazıları da laf olsun diye; bazıları ani, bazıları da diplomatik baskı sonucunda başlatıldı [1] . Bu girişimlerden biri de 1858 Ceza Kanunu idi. 1856 yılında ilan edilen Islahat Fermanınınardından batılaşma haraketlerinin artması Ceza Hukuku alanında da etkisini göstermiştir [2] . Öyle ki, 28 Şubat 1856’da ilan edilen Islahat Fermanındaki ilkelerin her dindeki vatandaşlara uygulanacağını öngörünce, batıdan bir ceza kanunun alınması gerekmiştir [3] .  Osmanlı Devleti ile Rusya arasında çıkan Kırım Savaşı’na müttefik o...

İfadenin türleri (Types of expression)

İfadenin Türleri 1.      İfadenin Türleri             İfadenin türlerini sıralamadan önce şunu belirtmemiz gerekir ki, ifade özgürlüğü bağlamında kullanılan ifadelerin içeriği tam olarak belli değildir. İfade özgürlüğünün kapsamına sanatsal, siyasal ve ticari olarak kullanılan bütün ifadeler dâhildir. Bir ifade değersiz olabilir veya toplum bakımından yararsız olabilir. Bunun ifade özgürlüğü bakımından önemi yoktur [1] .             Mahkeme içtihadında ifade özgürlüğü bakımından düşünceyi açıklamada kullanılan araç, kullanılan şekil veya içeriği herhangi fark gözetilmeksizin 10. maddenin koruması kapsamına almıştır [2] .             AİHS 10. maddesi 1. fıkrasındaki “herkes, görüşlerini açıklama ve anlatım özgürlüğüne sahiptir” ifadesine atıfla belirtmek gerekir ki, insanlar kendi ifadelerini dört...

Uluslararası Ceza Mahkemesi (International Criminal Court)

Uluslararası Ceza Mahkemesi A. Uluslararası Ceza Mahkemesinin ilk türleri: Nürnberg ve Tokyo Mahkemeleri.  1)Bu mahkemelerden önce 1919 Versay Anlaşması gereği I Dünya Savaşını kaybeden Almanya’nın yargılanması öngörülse de Alman İmparatorunun Hollanda’ya sığınmasından dolayı bu gerçekleşmemiştir. 2)Buna benzer başka bir durum ise Sevr anlaşması gereği Türkiye’nin yargılanması öngörülmüş ama Lozan anlaşması gereği ve Kurtuluş Savaşının kazanılmasından dolayı gerçekleşmemiştir. Özellikleri: a)       Savaşı kazanan devletlerin menfaat ve çıkarlarını korumaktaydı b)       Kanunilik ve tabii hakim ilkelerini ihlal etmekteydiler. Yargı yetkisine tabi olan suçların tanımı yapılmamıştır. Bunun beraberinde sadece savaşı kazanan devletler savaşı kaybeden devletleri yargılamaktaydılar c)        3 suç tipini yargılama yetkisine almışlardır: Barış suçları, Savaş suçları, İnsanlığa Karşı Suçlar d) ...