Şəhriyar YUSIFLI
İstanbul
Universiteti Hüquq Fakültəsi
Magistratura bölməsinin tələbəsi
Soyqırım Cinayətinin
anlayışı və tarixi təşəkkülü
XÜLASƏ
Bu məqalədə soyqırım cinayətinin anlayışı, onun tarixi
təşəkkülü və soyqırım cinayətlərinin qarşısının alınması üçün görülən tədbirlərən
bəhs edilməyə çalışılmışdır.
Açar sözlər: soyqırım, soyqırım cinayəti, insanlıq əleyhinə yönəlmiş
cinayətlər
Plan
1.
Soyqırım anlayışı
2. Soyqırım
cinayətinin inkişaf tarixi
2.1.
Soyqırım
cinayətinin Soyqırımın qarşınının alınması və cəzalandırılması dair
Konvensiyanının qəbuluna qədərki zaman dövrü
2.2.
Soqyırım
cinayətinin qarşısının alınması və cəzalandırılması Konvensıyası və sonrakı
zaman dövrü
3.
Soyqırım
Cinayətlərinin araşdırılması üçün qurulan məhkəmələr
3.1.
Keçmiş
Yugoslaviya Məhkəməsi
3.2.
Ruanda
Beynəlxalq Cinayət Məhkəməsi
3.3.
Beynəlxalq
Cinayət Məhkəməsi
Qısaltmalar
ABŞ
Amerika Birləşmiş Ştatları
a.k.ə
adı keçən əsər
BMT
Birləşmiş Millətlər Təşkilatı
C
Cild
m.
maddə
N.S
Nəşr Sayısı
s. səhifə
SSRİ
Sovet Sosyalist Respublikası
İttifaqı
TBB
Türkiyə Barolar Birliyi
TC
Türkiyə Cumhuriyyəti
1.Soyqırım anlayışı
Soyqırım
cinayətinin tarixi inkişafını nəzərdən keçirməzdən əvvəl soyıqırmın nə olduğu
barədə məlumat vermək daha doğru olardır deyə düşünürəm. Soyqırım cinayəti beynəlxalq
hüquqi müstəvidə insan hüquqlarının ən ağır şəkildə pozulmasıdır və ən mühüm
cinayətlərdən biridir[1].
Soqyırım irqə, dinə, siyasi görüşə və ya etnik əsaslara dayanaraq bir qrupun
bilərək və ya istəyərək, əvəlcədən planlaşdırılmış bir şəkildə ortadan
qaldırılmasıdır. Soyqırım bir qrupun və ya o qrupun mənsublarının qəsdli şəkildə
yox edilməsi və ya məhv edilməsidir. Nəticədə insanlar özlərinin ruhən bağlı
olduqları dəyərlərindən ayrılır. Bu aspektlərdən dolayı soyqırım beynəlxalq cənayətlər
baxımından beynəlxalq müstəvidə ən ağır cinayət kimi dəyərləndirilir.
XX
əsrin başlanğıcına kimi soyqırım cinayəti “İnsanlığa qarşı cinayətlər”in alt
bölümündə dəyərləndirilməktəydi. Beynəlxalq müstəvidə ilk dəfə hüquq
doktrinasında Rafael Lemkin tərəfindən Yunanca (genos) - aile, irq, qəbilə və
Latınca (cide) - qətletmək sözlərinin bir araya gətirilməsi ilə istifadə edilməyə
başlamışdır[2]’[3].
Lemkinə görə soyqırım, bir toplumun üzvlərini öldürərək məhv etməkdən əlavə
olaraq müəyyən bir plana əsaslanaraq müxtəlif aspektlərdən hədəf alınan
insanlarının təməldən yox edilməsidir[4].
Soyqrım anlayışının formalaşmasına və müəyyən bir məna kəsb etməsinə imkan verən
hadisə Adolf Hitler tərəfindən Yəhudilərin bir irq olaraq pis və zərərəli olduqları inancının təşəkkül
tapmasının məqsəd görən və bunun nəticəsində də onların tamamilə məhv edilməsinə
istiqamətlənmiş bir siyasi gedişdir[5]. Lemkin Nazilərin etmiş olduğu qətliamlara
Polşa Yahudisi olaraq şahid olmuş və soyqırım anlayışını ortaya çıxarmışdır.
Lemkin bu fikirlərini 1944-ci ildə çap olunan kitabında Alman işğalı altında
olan Yəhudilərə və Çingənələrə qarşı edilən Nazi uygulamlarının ətraflı bir şəkildə
araşdırımış, tədqiq etmiş və öz analizlərini soyqırım başlığı adı altında bir
araya gətirmişdir[6].
Soyqırım ifadəsi İkinci Dünya Müharibəsi bitdikdən sonra Nürnberq
araşdırmalarında istifadə olunmağa başlanmışdır. Qeyd etmək lazımdır ki,
Nürnberq nizamnaməsində soyqırım açıq şəkildə bir cinayət kimi göstərilməmişdir[7].
2. Soyqırım cinayətinin inkişaf tarixi
Soyqırımın
tarixi baxımından bir çox fikirlər irəli sürmək mümkündur. Bu baxımdan biz
burada soyqırımı iki aspektdən tədqiq etməyin daha məqsədə uyğun olduğunu hesab
etməkədyik. Bunları aşağıdaki şəkildə göstərə bilərik
a.
Soyqırımın
bir cinayət olaraq təşəkkül tapması və və
milli səviyyədə tətbiq olunması
b.
Soyqırım
cinayətinin beynəlxalq müstəvidə tətbiq olunmağa başlanması
2.1. Soyqırım cinayətinin Soyqırımın qarşınının alınması və cəzalandırılması
dair Konvensiyanının qəbuluna qədərki zaman dövrü
Qədim
dövrdə soyqırım cinayəti müharibə və ya toplu olaraq birini məhv etmə kimi
ortaya çıxmışdır. Bu mövzuda ilk dəyərləndirmələri
Yunan tayfaları arasındaki müharibələr baxımından məlumat verən Platon “Dövlət”
adlı əsərində soyqırıma belə anlayış vermişdir
“Barbarlarla, Yunanlar arasında
olan müharibə davam etməli, ancaq Yunan tayfaları arasındaki müharibələr
baxımından soyqırım hərəkətinin cəzalandırılmalıdır”[8]
Burada
diqqət çəkən soyqırımın ancaq yunan tayfalar arasında gedən müharibələr
baxımından cəzalandırılmasının ön plana çıxarılmasıdır. Bu baxımdan bunun təsirli
hesab etmək doğru olmazdır. Bunun səbəbi isə, biz soyqırım cinayətini əgər beynəlxalq
bir problem olaraq dəyərləndirsək, bunun elə də effektli mexanizim olmayacağını
asanlıqla görə bilərik.
Əslində
qədim dövrlərdə soyqırım cinayətinin cəzalandırılmamasının arxasında bir sıra səbəblər
dayanmaqda idi. Belə ki, tarxidə muüharibələrdən sonra qənimətin əldə edilməsi,
məğlub olan ölkənin yağmalanması, bu ölkə xalqının kölə olaraq işlədiləməsi,
satılması, qətl edilməsi, qadınların əsir alınması müharibənin nəticələri kimi
qəbul edilən və adət halını almış hallar idi[9].
Qeyd etmək lazımdır ki, bu dövrlərdə müharibənin tənzimlənməsi ilə bağlı bır
sıra deklarasyonlar 1351-ci ildə Fransda, 1385-ci ildə, 1468-ci ildə və 1471-ci
ildə İngiltərədə müxtəlif deklarasyonlar çıxarılmışdır. Bundan başqa İsveçrədə
mövcud olan kantonlarda arasında müxtəlif müqavilələr bağlanmışdır. Buna
baxamyaraq heç bir halda bunun qarşısını almaq mümükün olmamışdır[10].
Soyqırım
cinayətinin əsasən tətbiq olunduğu dövrlər və bu hərəkətlərin cinayət sayılması
XIX əsrdən sonraki dövrə təsadüf edir. Yuxarıda da bildirmişdik ki, beynəlxalq
müstəvidə cinayət kimi dəyərləndirilməsi Lemkin tərəfindən irəli sürülmüşdür.
Bunun yanında demək lazımdır ki, 1944-cü ildən 1948-ci ilə kimi soyqırım
termini cox geniş istifadə edilməmişdir. Belə ki, tarixdən də bildiyimiz kimi
II Dünya Müharibəsindən sonra milyonlarla insanların qətlinə səbəb olan
insanların və rəhbərlərin cəzalandırılması üçün qurulan Nürnberg və Tokyo kimi
məhkəmələr qurulsa da onlarin nizamnamələrində, habelə araşdırma aparan zaman
hazırlanan iddia ərizələrində və qəbul edilən məhkəmə qərarlarında soyqırım
ifadəsi istifadə edilməmişdir[11].
Nürnberg Statusunda soyqırım cinayəti
müstəqil olaraq olmasa da, insanlığa qarşı cinayətlərin içində göstərilirdi.
Qeyd etmək lazımdır ki, bu məhkəmə II Dünya Müharibəsinin qalibləri olan ABŞ,
SSRİ, Fransa və İngiltərə kimi dövlətlər tərəfindən qurulumuşdur və 8 Avqust
1945-ci il tarixində London konfransında Məhkəməninin Nizamnaməsi qurulmuşdur.
Hər dövlət məhkəməyə bir hakim və bir nümayəndə göndərmişdir. Məhkəmənin
Nürnberq məhkəməsi adlanmasının səbəbi də onun Almanyanın Nürnberq şəhərində
qurulmuş olmasıdır.
2.2. Soqyırım cinayətinin qarşısının alınması və cəzalandırılması
Konvensıyası və sonrakı zaman dövrü
Xüsusilə
II. Dünya Müharibəsi sonrasında, mətbuatın inkişafı ilə baş verən hadisələrdən
beynəlxalq toplumun xəbərdar olması və bunun bərabərində əhalinin müdaxilə israrı,
dövlətləri bu cinayəti tanımaları və konvensiyalarla yazılı hala gətirməsi üçün
başlanğıc oldu[12].
Soyqırım
Cinayəti ilk dəfə rəsmi olaraq 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının sənədlərində
öz təsbitini tapmışdır. Bu zaman 96/1 sayılı qərar aşağıdaki kimi idi:
Soyqırım (genocide) bütün bir insan
topluluğunun mövcud olma hüququnun inkarıdır, eynən cinayətin, insanların
yaşamaq hüququnun inkarı olduğu kimi... var olma hüququnun belə inkarı,
insanlığın vicdanını zədələməktə, insanlıq dəyərlərinin, bu insan
topluluqlarının təmsil etdikləri tarixi və digər dəyərlərin məhv olmasına yol
açmaqdadır və bu baxımdan soyqırım təbii hüquqa, BMT’nin
ruhuna və məqsədlərinə ziddir. [13]
Birləşmiş
Milətlər Təşkilatının Nizmanaməsində genocide beynəlxalq bir cinayət olaraq
göstərilmiş və bugünə qədər bir sıra beynəlxalq müqavilə və konvensiyalarda,
habelə dövlətlərin daxili hüquq sistemlərində cinayət olaraq təsbit edilmişdir[14].
Bundan əlavə BMT Baş Məclisinin 21 Dekabr 1947 ci il tarixli 180-1 sayılı qərarı ilə “soyqırımın, şəxs və dövlətlərin
həm daxili həm də beynəlxalq məsuliyyətini müəyyən edən bir cinayət” olduğunu
müəyyən etmişdir[15].
Hər
nə qədər BMT Baş Məclisinin qərarları imperativ xarakter daşımasada, bu istiqamətdə
addımlar hər zaman atılmışdır. Bunlardan biri də layhiə bir mətin hazırlamaq
üçün qurulan BMT Iqtisadi və İctimai Şuradır. Məhz bu Şuranın iştirakı ilə
Soyqırım Cinyətinin qarşısının alınması və Cəzalandırılması Konvensiyası
hazırlanmışdır[16].
Soqyırım cinayəti baxımından ən mühüm tənzimləmələrdən biri olan bu Konvensiya
206 sayılı Birləşmiş Millətlər Təşkilatının qərarı ilə qəbul olunmasıdır[17].
Bununla da beynəlxalq hüquqda insan qruplarının milli, etnik, dini, irqi və
dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırım cinayətləri
adlandırıldı. Konvensiyaya qoşulan dövlətlərin üzərinə soyqırım cinayətinin törədilməsinin
qarşısının alınması və bu cinayətləri törədənlərin cəzalandırılması vəzifəsi
qoyulmuş oldu[18].
Bu konvensiyanın gətirmiş olduğu bir sıra yeniliklər vardır. Bunlardan biri də
Konvensiyanın 1-ci maddəsində nəzərəd tutulan yenilik idi. Belə ki, “soyqırım
cinayəti istər sülh zamanı, istərsə də müharibə zamanı baş versin mütləq şəkildə
cəzalandırmalıdır. Digər bir yenilik isə, soyqırım cinayətinə dair işlərə
baxmaq üçün daimi əsasda fəaliyyət göstərəcək bir məhkəmənin qurulmasının hədəflənməsi
idi[19].
Konvensiyanın
2-ci maddəsində soyqırım cinayəti aşağıdaki şəkildə təsbit olunmuşdur,
Soyqırım
hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv
edilməsi məqsədi ilə törədilən aşağıdaki hərəkətlərdən biridir
a.
Bu
cür qrup üzvlərinin öldürülməsi
b.
Bu
cür qrup üzvlərinə ağır bədən xəsartlərinin yaxud əqli qabiliyyətinə ciddi xəsarətin
yetirilməsi
c.
Qəsdən
hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitini
yaradılması
d.
Bu
cür qrup daxilində doğumun qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi
e.
Bir
insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi
Konvensiyanın
3.maddəsində nzərədə tutulan əməllərini də cəzalandırılması nəzərədə
tutulmuşdur
a.
Soyqırım
b.
Soyqırım
törətməyə yönəlmiş gizli sövdələşmə
c.
Soyqırım
törətməyə birbaşa və açıq təhrik
d.
Soyqırım
törətməyə yönəlmiş qəsd
e.
Soyqırımda
iştirak
Soyqırım
Konvensiyanın 2-ci maddəsində, bununla bərabər Roma Statusunun 6-cı maddəsində,
Keçmiş Yugoslaviya Beynəlxalq Məhkəməsi Statusunun 4-cü maddəsində və Ruanda
Beynəlxalq Məhkəməsi Statusunun 2-ci maddəsində öz əksini tapmışdır. Bu sənədlərdə
soyqırım anlayışı eyni şəkildə əks olunmuşdur, tək fərq sadəcə birinin
Konvensiya mahiyyətində olması, digərinin isə Statutu mahiyyətində olmasıdır.
3. Soyqırım Cinayətlərinin araşdırılması üçün qurulan məhkəmələr
3.1. Keçmiş Yugoslaviya Məhkəməsi
Məhkəmə
BMT Güvənlik Konseyinin 25 May 1993-cü ildə vermiş olduğu 827 sayılı qərarı ilə,
BMT Nizamnaməsinin 7-ci bölümünə dayanaraq La Hayede qurulmuşdur[20].
Məhkəmənin baxa bilmə imkanına sahib olduğu işlər aşağıdakılar idi
a.
Beynəlxalq
hüququ ağır şəkildə pozanlar
b.
1949-cu
il tarixli Cenevrə Konvensiyasının müddəalarının ağır şəkildə pozulması
c.
Müharibə
qanunlarının və adətlərinin kobud şəkildə pozanlar
d.
Soyqırım
və insanlığa qarşı cinayətlər[21]
Məhkəmə zaman və məkan baxımından Nizamnaməsinin
8.maddəsinə görə 1 Yanvar 1991-ci il tarixindən etibarən başlayan və əvvəlki
Yugoslaviya Sosyalist Federal Respublikasının torpaqlarını, hava sahəsini və
quru sularında işlənən cinayətlər baxımından səlahiyyətlidir[22].
Məhkəmənin
baxmış olduğu işlərədən biri Karadziç və Mladiç işidir. Bu işdə Məhkəmə, etnik
təmizləmə üçün istifadə olunan vasitələrin tətbiqinin dəfələrlə təkararlanmasının
soyqırm qəsdini ortaya qoyduğunu müəyyən etmişdir[23].
3.2. Ruanda Beynəlxalq Cinayət Məhkəməsi
Tarixdə baş vermiş soyqırım cinayətlərin araşdırılması baxımından
qurulan məhkəmələrədən biri i Ruanda Beynəlxalq Məhkəmsidir[24].
Ruanda Beynəlxalq Məhkəməsi 1994-cü ildə Ruandada Hutu və Tutsi qəbilələri
arasında baş verən daxili müharibənin və bu müharibə nəticəsində ölən 1 milyona
yaxın insanların cinayətlərinin tədqiq edilməsi üçün qurulmuşdur. Bu Məhkəmə tərəfindən
ilk dəfə olaraq Soyqırım Konvensiyasının müddəaları tətbiq olunmuşdur.
Ruanda Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyət imkanları ancaq 1
Yanvar 1994-cı il 31 Dekabr 1994-cı il tarixləri arasında Ruandanın sərhədləri
daxilində və ya qonuşu ölkələrdə baş verən soyqırım, insanlığa qarşi cinayətləri
baxımından mövcuttur. Bu zaman ancaq bu cinayətləri işləyən Ruanda vətəndaşları
cəzalandırılacaqdı. Ruanada sərhədlərinin xaricində olan cinayətlərə dair işlərə
də məhkəmənin baxa bilməsinin səbəbi bu ərazilərədə belə cinayətlərin Ruanda vətəndaşları
tərəfindən işlədilməsi və bunun da Ruandadaki daxili müharibə ilə əlaqədər
olması idi[25].
Məhkəmədə
bir sıra işlərə baxılmışdır. Baxılan ən əsas işlərdən biri də Akayesu işidir[26].
Təqsirləndirilən Jean Paul Akayesu bir ərazinin vəzifəli dövlət şəxslərindən
biri idi. Onun rəhbərliyi altında olan polis və digər orqanlar tərəfindən 7
Aprel - 30 İyun tarixlərində 2000-ə yaxın Tutsi öldürülmüşdür. Onun haqqında 15
ədəd Soyqırım cinayət, Insanliq əleyhinə cinayətlər baxımından istintaq
başlanmışdır. Nəticədə isə soyqırım cinayəti baxımından ömür boyu həbs cəzası
almışdır.
3.3. Beynəlxalq Cinayət Məhkəməsi
Belə məhkəmələrdən ən sonu isə Beynəlxalq
Cinayət Məhkəməsidir. Soqyırım cinayətinin təsbiti və cəzalandırılması baxımından
ən uğurlu addımlardan və bəlkə də ən əsalılarından biri də 17 İyun 1998-ci ildə
bir çox ölkənin iştirakı ilə Beynəlxalq müstəvidə bir məhkəmənin qurulması
olmuşdur ki, bu məhkəmə də Roma Nizamnaməsinin qəbul edilməsi ilə olmuşdur[27].
31 Dekabr 2000-ci il tarixinə kimi imzalanmamışdır. Bundan sonra Konvensiyaya tərəfdar
olan dövlətlər və bunların daxili hüquqlardakı ratifkasiyası tamamlanmasının
ardından 1 İyun 2002-ci il tarixində məhkəmənin qurulması başa çatmışdır[28].
Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsi olan Roma Statusunun 6-cı maddəsi
1948-ıi il tarixli Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılması
Konvensiyasının 2-ci maddəsində əks etdirilən soyqırım cinayətini olduğu kimi əks
etdirərək hansı məhkəmə tərəfindən bu işlərə baxıla biləcəyini Beynəlxalq Cinayət
Məhkəməsinə vermişdir. Bu beynəlxalq örf və adət hüququnun əmredici normasının
tərkib hissəsidir (jus cogens) qəbul edilmişdir. Bu səbəbə görə də dövlətlər isətər
Soyqırım Konvensiyasını ratfikasiya etsin və ya yox bütüb dövlətlər üçün məcburidir[29].
Qeyd etmişdik ki, Məhkəmə 1998-ci il tarixli Roma Nizamnaməsi əsasında
qurulmuşdur. Bu Nizamnamədə soyqırım cinayəti 6-cı maddədə aşağıdaki kimi əks
olunmuşdur.
Bu
Nizamnamənin məqsədləri baxımından, etnik, irqi, milli və ya dini bir qrupu
qismən və ya tamamilə məhv etmək üçün aşağıdakı hərəkətlərdən hər hansı birinin
edilməsi soyqırım cinayətini əmələ gətirir
a.
Grupa
mənsub olanların öldürülməsi
b.
Grupun
üzvlərinə ciddi surəttə bədənsəl və ya zehinsəl zərərin verilməsi
c.
Grupun
tamamilə və ya qismən, fiziki olaraq mövcudluğunu ortadan qaldıracaq şəkildə
yaşamaq üçün pis şəraitini qəsdən yaradılması
d.
Grup
içərisində doğumların qarşısını almaq üçün tədbirlər görmək
e.
Bir
grupa mənsub olan uşaqları başqa bir qrupa zorla köçürmək
Qeyd
etmək lazımdır ki, Nizamnamənin 5-ci maddəsində məhkəmənn hansı cinayətlərə
baxa bilmək səlahiyyətlərinə malik olması sırasında soyqırım cinayətlərinə da
baxa biləcəyə göstərilmişdir[30].
Hər
nə qədər soyqırım cinayətinin beynəlxalq müstəvidə qarşısının alınmasına cəhd
edilsə də təəssüflə bildirmək istəyərdim ki, bu gündək belə bu cinayətlərin törədilməsi
davam etməkdədir. Bunun ən tipik nümunəsi Azərbaycanın Xocalı şəhərində Azərbaycan
Respublikasının vətəndaşlarına qarşı törədilən soyqırım cinayətidir. istərsə də
Serbiyada musəlmanlara qarşı törədilən soyqırmı cinayətləridir.
Ədəbiyyat Siyahısı
1.
Arzu Alibaba, Beynəlxalq
Cinayət Məhkəməsinin quruluşu, Ankara Universiteti Hüquq Fakülətəsi Jurnalı,
Ankara
2.
Arzu
Beşiri. Soyqırım və Soyırım ilə Bağlı olan Beynəlxalq Mexanizmalar, TBB Jurnalı, 2013
3.
Ayşə
Şeymən Çakar, İnsanlığa qarşı cinayətlər,
TBB Jurnalı 2012, s.183
4.
Batuhan Duran, Soyqırım Cinayətinin Beynəlxalq Hüquqda və
Təzə Türk Cinayət Məcəlləsində Tənzimlənməsi Magistratuta Dissertasiya İşi,
T.C., Marmara Üniversiteti Sosyal Bilimlər İnistutu Hüquq Fakültəsi
, İstanbul, 2007
5.
Cengiz Başak, Beynəlxalq Cənayət Məhkəmələri və Beynəlxalq
Cinayətlər, Ankara, Turxan Kitabevi, 2003, s. 71.
6.
Ezeli
Azarkan, Beynəlxalq Hüquqda İnsanlığa qarşı cinayətlər, Diclə Universiteti Hüquq Fakültəsi Jurnalı, C.52, N.S..3, 2013
7.
Fəridə
Həmzeyeva. İnsanlığa qarşı cənayətlər baxımından soyqırım cinayəti,
Magistratura Dissertasiya İşi, Akdeniz Universiteti, 2013
8.
Günal Kurşun, 101
sualda Beynəlxalq Cinayət Məhkəməsi, 2011
9.
Kadri
Keskin, Genosid Cinayəti və Genosid
Müqaviləsi, Ədalət dərgisi: C. 2, N.S. 5, 1986
10.
Hakan Karakehya,” Beynəlxalq
Cinayət Məhkəməsi və Tətbiq ediləbilir Hüquq” Ankara Universiteti Hüquq Fakültəsi Jurnalı, C.57, S.2, 2008
11.
Nimət Güllər, Həmidə Zəfər,
Beynəlxalq Cinayət Məhkəməsi Əl Kitabı,
GSI, Bonn 2006
12.
Olgun Değirmenci, “Beynəlxalq
Cinayət Məhkəmələrinin Qərarları İşığında Müqayisəli Hüquqda və Türk Hüququnda
Soyqırım Cinayəti, Türkiyə Barolar
Birliği Jurnalı, May-Iyun, 2007
13.
Orçun
Ulusoy, Beynəlxalq Cinayət Məhkəməsi,
İzmir, Insan Hüquqları Dərnəyi, 2008
14.
Ozan Değer, Soyqırım
Cinayəti və Dövlətin Məsuliyyəti, Beynəlxalq Ədalət Məhkəməsinin Bosniya
Hersoqovina və Serbiya Çernoqoriya qərarı,
Beynəlxalq Münasibətlər, C.6, N.S.22, 2009
15.
Sinan Kocaoğlu Beynəlxalq
Cinayət Hüququ və 5237 Sayılı Türk Cinayət
Məcəlləsi Prespektivindən Universallıq Prinisipi, Ankara Barosu Jurnali, S. 2010-1
16.
Soyqırım
Cinayəti (Beynəlxalq Aktlar, Notmativ Sənədlər, Müraciətlər və
Şərhlər Toplusu), Baki, 2010
Məhkəmə
qərarları
1.
Prosecutor of İCTR v. Akayesu, İCTR Trial Chamber I
, Judgement of 02 September 1998, Case No, İCTR 96-4-T
[1] Cengiz Başak, Beynəlxalq Cənayət Məhkəmələri və Beynəlxalq Cinayətlər, Ankara, Turxan
Kitabevi , 2003, s. 71.
[2] Sinan Kocaoğlu Beynəlxalq
Cinayət Hüququ və 5237 Sayılı Türk Cinayət
Məcəlləsi Prespektivindən Universallıq Prinisipi, Ankara Barosu Jurnali, S,2010-1,
[3] Qeyd etmək lazımdır ki,
Lemkin tərəfindən bu fikir “İşğal altındaki Avropada Mihver İdarəetməsi adlı
kiabında irəli sürülüb. Kitab 1944cu ildə nəşr olunmuşdur. Əlavə məlumat üçün
baxa bilərsiniz
[4] Batuhan Duran, Soyqırım Cinayətinin Beynəlxalq Hüquqda və
Təzə Türk Cinayət Məcəlləsində Tənzimlənməsi Magistratuta Dissertasiya İşi,
T.C., Marmara Üniversiteti Sosyal Bilimlər İnistutu Hüquq Fakültəsi
, İstanbul, 2007, s. 3, Məlumat üçün bax bilərsiniz, bkz. www.yok.gov.tr
[5] Halil Murat Berberer “Soyqırm
Cinayəti’. Magistratura Dissertasiya İşi, Çağ Universiteti, Adana 2007,
s.3, məlumat üçün baxa bilərsiniz: www.yük.gov.tr
[6] Arzu Beşiri. Soyqırım və Soyırım ilə Bağlı olan Beynəlxalq
Mexanizmalar, TBB Jurnalı, 2013 s.
180
[9] Fəridə Həmzeyeva. İnsanlığa qarşı cənayətlər baxımından soyqırım
cinayəti, Magistratura Dissertasiya İşi, Akdeniz Universiteti, s.30
[11] Olgun Değirmenci, “Beynəlxalq
Cinayət Məhkəmələrinin Qərarları İşığında Müqayisəli Hüquqda və Türk Hüququnda
Soyqırım Cinayəti, Türkiyə Barolar
Birliği Jurnalı, May-Iyun, 2007, S.70, s.
[13]Ozan Değer, Soyqırım
Cinayəti və Dövlətin Məsuliyyəti, Beynəlxalq Ədalət Məhkəməsinin Bosniya
Hersoqovina və Serbiya Çernoqoriya qərarı,
Beynəlxalq Münasibətlər, C.6, N.S.22, 2009. s. 68
[15] Ezeli Azarkan, Beynəlxalq Hüquqda İnsanlığa qarşı cinayətlər, Diclə Universiteti Hüquq Fakültəsi
Jurnalı, C.52, N.S..3, 2013, s. 280
[18] Soyqırım Cinayəti (Beynəlxalq Aktlar, Notmativ Sənədlər, Müraciətlər və Şərhlər Toplusu),
Baki, 2010, s. 3
[20] Arzu Alibaba, Beynəlxalq
Cinayət Məhkəməsinin quruluşu, Ankara Universiteti Hüquq Fakülətəsi K=Jurnalı,
Ankara, 2000-ci il, C.49, S.1. s. 41
[24] Ruanda Beynəlxalq Hərbi
Məhkəməsi BMT Şərtinin 7-ci bölümüə əsaslanaraq 8 Noyabr 1994-cü ildə 955 sayılı qərarla qəbul edilən bir hərbi məhkəmədir.
[26] Prosecutor of İCTR v. Akayesu, İCTR Trial Chamber I , Judgement of 02
September 1998, Case No, İCTR 96-4-T
[28] Hakan Karakehya,” Beynəlxalq
Cinayət Məhkəməsi və Tətbiq ediləbilir Hüquq” Ankara Universiteti Hüquq Fakültəsi Jurnalı, C.57, S.2, 2008-cı il,
.s. 135
[30] Roma Nizamnaməsi, m.5.1.
Məhkəmə ancaq bütün bəşəriyyət üçün əhəmiyyətli olan cinayətlərə baxmaq səlahiyyətinə
malikdir. Bu Nizmanaməyə dayanaraq aşağıdaki cinayətlərə baxa bilər
(a) Soyqırım cinayəti
(b) İnsanlığa qarşı cinayətlər
(c) Mühaibə cinayətləri
(d) Saldırı cinayəti
Yorumlar
Yorum Gönder